“Qəbələ” futbol klubu cari mövsüm qarşılaşmalarda istifadə edəcəyi üçüncü formasını ictimaiyyətə təqdim edib.
Futbolpress.az xəbər verir ki, texniki sponsor “Joma” şirkəti ilə birgə hazırlanan dəst qırmızı və qara rənglərlə yanaşı, buta motivlərinin unikal dizaynı ilə seçilir.
Klubun yaydığı rəsmi açıqlamada bildirilir:
“Hər formanın bir hekayəsi var. Amma bu hekayə başqadır… Milli irsimizin, zəngin tariximizin simvolu olan buta naxışlı yeni formamızı məhz “Zəfər turu” çərçivəsində azarkeşlərimizə təqdim edirik”
Qeyd edək ki, “Qəbələ” noyabrın 7-də “Zirə”yə qarşı keçirəcəyi matçdan başlayaraq mövsümün sonunadək məhz bu xüsusi dəstlə meydana çıxacaq.
