Çempionlar Liqasında IV turun oyunlarından sonra komandaların və futbolçuların statistik göstəriciləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın qapıçısı Stas Pokatilov ən çox seyv edən qapıçılar arasındadır. O, 4 turda 22 qurtarışla yadda qalıb və ikinci sıradadır.
Birinci pillədə Belçika təmsilçisi “Brügge”nin qapıçısı Yan Zommer yer alır. O, 4 matçda 27 seyv edib.
“Sabah” turnirdə 3 xalla 33-cü sıradadır.
