“Qələbəyə tam layiq olan tərəf elə biz idik” – “Vikinq”in baş məşqçisi

UEFA Çempionlar Liqasının liqa mərhələsində öz meydanında “Sabah”ı məğlub edən (4:1) “Vikinq”in baş məşqçisi Byarte Lunde Aarsheym qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, norveçli mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

– Bu, həqiqətən də klubumuz üçün möhtəşəm və tarixi bir hadisədir. Matç bitdikdən dərhal sonra paltardəyişmə otağında futbolçularıma bildirdim ki, onlar adlarını “Vikinq”in tarixinə “qızıl hərflərlə” yazdırdılar. Oyunçularımın meydandakı əzmkarlığından və nümayiş etdirdikləri futboldan son dərəcə qürur duyuram.

– Hesab oyuna görə ədalətli oldu?

– 90 dəqiqə boyunca çox yaxşı və nizam-intizamlı çıxış etdik. Oyunun nəzarətini əlimizdə saxlayaraq istədiyimiz hücumları təşkil edə bildik. Düşünürəm ki, meydanda göstərdiyimiz futbolla qələbəyə tam layiq olan tərəf elə biz idik.

Ayxan Zayıdzadə

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir