Azərbaycanda “Snuker” üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycan Bilyard Federasiyasının (ABF) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq “Snuker” biliyard idman növü üzrə ölkə çempionatı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, turnir 6-8 sentyabr tarixlərində paytaxtın tanınmış “Məkan Bilyard Akademiyasın”-da baş tutacaq.

Bu mötəbər yarışın əsas məqsədi snuker idman növünü Azərbaycanda inkişaf etdirmək, beynəlxalq standartlara uyğun yarış mühitini formalaşdırmaq və gənc idmançıların bu idmana marağını artırmaqdır. Ölkənin müxtəlif bölgələrindən iştirakçılar bu tarixi çempionatda güclərini sınayacaq və qalib adı uğrunda mübarizə aparacaqlar.

İlk dəfə keçiriləcək bu çempionat təkcə idmançılar üçün deyil, həm də tamaşaçılar üçün maraqlı və unudulmaz anlar yaşadacaq. Snuker oyununun dəqiqlik, səbr və yüksək diqqət tələb edən xüsusiyyətləri turnirə xüsusi gərginlik və həyəcan qatacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir