Venger Bakıdakı yarışdan danışdı: “Hər kəs bu turnirə aşiq oldu”

FIFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger Bakıda keçirilən U-15 dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, funksioner qurumun mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Hər kəs bu turnirə aşiq oldu və hamı onun dərhal yenidən keçirilməsini istəyir. Meydandakı oyunçu sayının azaldılması fərqləri aradan qaldırmağa kömək edir. Eyni zamanda hər bir matçın intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək səviyyədə idi.

Bu format diqqəti çox dəstəkləyir və futbolçularda bu, inkişaf edir. Turnirdə oyunçuların texniki səviyyələri artır, komandalar sürətli hücumlar edirdilər. 8×8 formatı 11×11 formatına nisbətən tələb edilən səbri azaldır. Çünki burada bir komanda topu qazananda dərhal təhlükə yarada bilir. Bu, azarkeşlərin marağını cəlb edir və onlar oyundan zövq alırlar”.

FIFA U-15 dünya çempionatı və futbol festivalı 189 ölkənin iştirakı ilə Bakıda, Hovsan Yarış Kompleksində keçirilib. Turnirin qalibi İspaniya yığması olub.

Azərbaycan millisi 84-cü sırada bitirib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir