“Araz-Naxçıvan” dayandı

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün son oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz Polşanın “Piast Qlivice” klubu ilə qarşılaşıb. Fasiləyə qədər qapısından 4 cavabsız top keçirən “qırmızı-ağlar” ikinci hissədə də rəqibin fərqlənməsinə mane ola bilməyib.

Bununla da qrupda keçirdiyi ilk matçda qələbə qazanan Azərbaycan çempionu sonrakı 2 qarşılaşmada məğlub olub.

Aktivində 3 xal olan “Araz-Naxçıvan” mübarizəni dayandırıb. 7 xal toplayan “Piast” isə 1/16 finala vəsiqə qazanıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir