Millinin oyununa 5 manatlıq biletlər

Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Ukrayna oyununun biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Satış “https://iticket.az/” vasitəsi ilə həyata keçiriləcək.

Biletlərin qiymətləri 5, 7, 10, 20, 30 və 200 AZN-dir.

Sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir