“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Görüş Almaniya klubunun qələbəsiylə başa çatıb – 2:1.
UEFA Çempionlar Liqası
III tur
20 oktyabr
20:45 Sabah – Borussiya Dortmund 1:2
Qollar: Makkarti, 39 – Girassi, 10, 53
Baş hakim: Xose Arbelora Roxas (İspaniya)
Bakı Olimpiya Stadionu
