“Sabah”ın U-19 komandasının növbəti sınağı

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv Bakıda Almaniyanın “Borussiya” (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Əlincə Stadionunda keçiriləcək matça saat saat 15:00-da start veriləcək.

Görüşün baş hakimi Giorgi Avazaşvili (Gürcüstan) olacaq.

“Sabah”ın U-19 komandası bundan əvvəl I turda İngiltərədə “Mançester Yunayted”ə 5, II turda Bakıda Çexiyanın “Slaviya” komandasına 3 cavabsız qolla uduzub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir