“Neftçi”nin Misli Premyer Liqasının IX turunda “Turan Tovuz”a karşı keçirəcəyi ev oyunu üçün biletlər satışa çıxarılıb.
Futbolpress.az xəbər verir ki, oktyabrın 24-də saat 19:00-da “Palms Sports Arena”da tutacaq matçın biletlərinin ilkin hissəsi artıq təqdim olunub. Hazırda “Qərb 2” sektoruna biletlər 2 manat, “Banişevski” alt sektoruna 3 manat, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorlarına isə 15 manat təşkil edir.
Mərhələli şəkildə satışa buraxılacaq digər tribunanın biletlərinə gəlincə, “Qərb 1”, “Forza”, “Şərq 1” və “Şərq 2” sektorları 2 manat, “Şimal 1”, “Şimal 2” və “Banişevski” üst sektorları 3 manat, “VIP Gold” sektoru isə 20 manat qiymətinə azarkeşlərə təqdim olunacaq.
Fanatlar biletləri “Neftçi”nin rəsmi mobil tətbiqi və “bilet.neftchi.az” internet səhifəsi üzərindən əldə edə bilərlər. Oyun günü saat 14:00-dan etibarən isə biletlərin fiziki satışı arena kassalarında həyata keçiriləcək.
