“Sabah”ın U-19 futbol komandası UEFA Gənclər Liqasının III turunda növbəti sınağına çıxacaq.
Futbolpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi oktyabrın 20-də Almaniyanın “Borussiya” (Dortmund) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.
Turnir cədvəlində “Sabah” keçirdiyi son iki matçda məğlubiyyətlə üzləşib və qapısında 8 top görərək 35-ci pillədə yer alıb. Aktivində 1 qələbə və 1 məğlubiyyət olan olan prusiyyalılar isə 13-cü sırada qərarlaşıb.
