UEFA Millətlər Liqasında III tura start verilib.
Futbolpress.az xəbər verir ki, turnir çərçivəsində müxtəlif liqalar üzrə ilk matçlar keçirilib.
A Liqasında Portuqaliya səfərdə 6 qolun vurulduğu qarşılaşmada Danimarkaya 4:2 hesabı ilə qalib gəlib. Almaniya öz evində Serbiyanı 2:0, Uels isə Norveçi 2:1 hesabı ilə məğlub edib. Yunanıstan – Niderland matçında isə 2:2 hesablı bərabərlik qeydə alınıb.
B Liqasında İrlandiya – Avstriya görüşü bərabərliklə başa çatıb (2:2). İsrail – Kosovo matçında isə qapılara qol vurulmayıb (0:0).
D Liqasında milli komandamız öz evində Lixtenşteynlə qolsuz bərabərliyə razılaşıb (0:0). Malta – Cəbəllütariq qarşılaşmasında da qalib müəyyənləşməyib (1:1).
Qeydə alınan nəticələr:
UEFA Millətlər Liqası
III tur
A Liqası
Almaniya – Serbiya 2:0
Qollar: Tom Bişof, 39, Florian Virts, 61
Yunanıstan – Niderland 2:2
Qollar: Fotis İoannidis, 23, Yorqos Masuras, 45+2 – Vircil van Deyk, 59, Tiyyani Reynders, 89
Danimarka – Portuqaliya 2:4
Qollar: Mikkel Damsqor, 23, Rasmus Hoylund, 53 – Joao Kanselo, 13, Qonsalo Ramos, 25, Vitinya, 67, Joao Feliks, 87
Uels – Norveç 2:1
Qollar: Daniel Ceyms, 38, Neko Uilyams, 48 – Oskar Bobb, 11
B Liqası
İrlandiya – Avstriya 2:2
Qollar: Troy Parrott, 12, 45 (pen.) – Aleksander Pras, 71, Mixael Qreqoriç, 77
İsrail – Kosovo 0:0
D Liqası
Malta – Cəbəllütariq 1:1
Qollar: Cozef Mbonq, 53 – Ceyms Skanlon, 61
Azərbaycan – Lixtenşteyn 0:0
Bu gün keçirilən oyunlardan sonra turnir cədvəli aşağıdakı kimidir:















