“Sumqayıt”ın əsas kapitanı açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb. Komandanı oyunlara kapitanlıq sarğısında Səbuhi Abdullazadə çıxaracaq.
Vitse-kapitanlar isə Mehdi Cənnətov və Roy Kehat olacaq.
Ötən mövsüm komandanın kapitanı Elvin Bədəlov idi. O, yay transfer dövründə “Neftçi”yə keçib.
