“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində I tur görüşünə çıxıb.
Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv İngiltərədə “Mançester Yunayted”in qonağı olub. “Old Trafford” stadionunda keçirilən və fransalı baş hakim Villi Delajunun idarə etdiyi qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində 27-ci dəqiqədə Mateus Kunya hesabı açıb. Taymın sonlarına yaxın üstünlüyünü artıran Mançester təmsilçisi 42-ci dəqiqədə Bruno Fernandes və 45-ci dəqiqədə Benjamin Şeşkonun qolları ilə fasiləyə 3:0 öndə yollanıb. İkinci hissədə, 68-ci dəqiqədə differsial fərqi artıran Lisandro Martines matçda son nöqtəni qoyub.
Bu nəticə ilə “bayquşlar” Çempionlar Liqasının əsas mərhələsindəki ilk sınağından xalsız ayrılıb.
UEFA Çempionlar Liqası
Əsas mərhələ, I tur
10 sentyabr
23:00 Mançester Yunayted – Sabah 4:0
Qollar: Kunya, 27, Fernandes, 43, Şeşko, 45, Martines, 68
Baş hakim: Villi Delaju
