“Sabah” Portuqaliyadan hücumçu gətirdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “bayquşlar” Portuqaliya təmsilçisi “Jil Visente”dən Karlos Eduardonu icarəyə götürüb. Bu barədə “Jil Visente”nin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu mövsümün sonuna kimi “Sabah”ın formasını geyinəcək.

Azərbaycan klubu yayda braziliyalı hücumçunun transfer hüquqlarını ala bilər.

Eduardo 2025-ci ildən “Jil Visente”də çıxış edir. O, komandada 25 oyunda 2 qol vurub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir