Azərbaycan millisi DÇ-yə hazırlıqlara başladı

Oktyabrın 22-dən 31-dək ölkəmizdə ilk dəfə təşkil olunacaq U-15 Dünya Çempionatı və Festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması məqsədilə hazırlıq prosesi davam edir.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 2011-ci il təvəllüdlü futbolçulardan ibarət heyət yarışa hazırlıq çərçivəsində növbəti təlim-məşq toplanışına yığışır.

Hazırlıq mərhələsi 8–9 sentyabr və 12–14 sentyabr tarixlərində Bayıl Təlim-Məşq Mərkəzində baş tutacaq. Məşq prosesi çərçivəsində futbolçuların seçimi davam etdiriləcək və mötəbər turnirdə ölkəmizi təmsil edəcək yekun heyət müəyyənləşəcək. Dəvət olunmuş 25 nəfərlik geniş heyətdən DÇ-də iştirak edəcək 14 futbolçu seçiləcək.

Bununla yanaşı, U-15 milli komandasının digər yaş qrupu (2012-ci il təvəllüdlü futbolçular) üçün də seleksiya işləri davam etdirilir. Həmin kollektiv 20–26 oktyabr tarixlərində Maltada keçiriləcək UEFA İnkişaf Turnirinə hazırlıq məqsədilə toplanışa cəlb olunacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir