Nepal millisinin futbolçusu “Turan Tovuz”da

“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi Nepaldan olan Subaş Bamı transfer edib. 18 yaşlı yarımmüdafiəçi klubun U-19 komandasında çıxış edəcək.

“Transfermarkt”da dəyəri 25 min avro olan futbolçu buna qədər ölkəsində “Sri Baqvati”də forma geyinib.

Subaş Nepal milli komandasında 5 oyuna çıxıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir