MPL: Gəncədə rekord və minlər

Misli Premyer Liqasında IV tur başa çatıb.

Futbolpress.az xəbər verir ki, turun ən çox azarkeş toplayan oyunu “Kəpəz” – “Şamaxı” matçı olub. Gəncə şəhər stadionunda baş tutan görüşü tribunadan 15 min tamaşaçı izləyib.

Ən aşağı göstərici isə “Qəbələ” – “İmişli” oyununda qeydə alınıb – 1000 azarkeş.

Misli Premyer Liqasında IV turun tamaşaçı sayları:

Qarabağ – Araz-Naxçıvan 3:2 (1100)
Qəbələ – İmişli 2:1 (1000 tamaşaçı)
Kəpəz – Şamaxı 1:4 (15000 tamaşaçı)
Sabah – Zirə 5:0 (1752 tamaşaçı)
Neftçi – Şəfa 4:1 (1460 tamaşaçı)
Turan Tovuz – Sumqayıt 2:1 (4200 tamaşaçı)

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir