“Sabah” braziliyalı futbolçunu heyətinə qatdı

“Sabah” transfer pəncərəsində növbəti addımını ataraq orta sahəsini yeni oyunçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, paytaxt klubu Rusiyanın “Zenit” komandasına məxsus braziliyalı yarımmüdafiəçi Du Keyrosu heyətinə qatıb. 26 yaşlı futbolçu cari mövsümün sonuna kimi icarə əsasında “bayquşlar”ın şərəfini qoruyacaq. Razılaşmaya görə, “Sabah” mövsüm bitdikdən sonra futbolçunun transfer hüquqlarını birdəfəlik almaq üstünlüyünə malikdir.

Karyerası ərzində “Korintians”, “Qremio”, “Sport Resife”, “Zenit” və “Orenburq” kimi klubların formasını geyinmiş Du Keyros Masazır təmsilçisinin bu yay reallaşdırdığı 8-ci transfer oldu.

Qeyd edək ki, “Sabah” cari transfer pəncərəsində daha öncə Yunis Laçab (“Lill”), Eyden Makkarti (“Kayzer Çifs”), Junior Erivaldo Almeyda (“Maritumu”), Patrik Orfe Mbina (“Maribor”), Ksander Severina (“Makkabi Hayfa”), Amin Ramazanov (“Qarabağ”) və Kristian Nvaçukvunu (“Şeffild Yunayted”) komandanın heyətinə cəlb edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir