I Liqada çıxış edən “Şimal” heyətini yeni əcnəbi futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Xaçmaz təmsilçisi 21 yaşlı nigeriyalı mərkəz oyunçusu Umar Abubakarın transferini rəsmiləşdirib. Bu barədə bölgə klubunun rəsmi mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl Moldovanın “Saksan” və Tacikistanın “İstiklol” kollektivlərində şərəfini qorumuş afrikalı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
