Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görüldü

İki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsi olaraq Gəncə Şəhər Stadionu UEFA tərəfindən yüksək qiymətləndirilib.

Futbolpress.az xəbər verir ki, arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb.

Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir.

Yeni kateqoriya Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir