“Qarabağ”dan “Xankəndi”yə

“Xankəndi” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, komanda “Qarabağ”ın əvəzedici komandasından Kənan Baxışovu sıralarına cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Baxışov “Qəbələ”nin yetirməsidir. O, əvvəl “Cəbrayıl”da da forma geyinib.

“Xankəndi” yeni mövsümdə I Liqada mübarizə aparacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir