Azərbaycanlı futbolçunun komandası KL-də pley-offa yüksəldi

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda III təsnifatda Litvanın “Kaunas” kollektivini mübarizədən kənarlaşdırıb. “Arda” hər iki oyunda qələbə qazanıb – 2:0, 2:0.

Cəlal “Kaunas”la cavab görüşündə start heyətdə yer alıb və sona qədər oynayıb.

“Arda” pley-off mərhələsində Polşanın “Rakuv” komandası ilə qarşılaşacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir