“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsində bu gün “Levski”ni qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, Bolqarıstan təmsilçisi ilə görüşə saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda “Levski” qələbə qazanıb – 1:0.
Cütün qalibi növbəti mərhələdə “Alkmaar” – “Vaduts” cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
14 avqust
20:00 Sabah – Levski (Bolqarıstan) 0:0
İlk oyun 0:1
Sabah: Stas Pokatilov, Amin Zedadka, Stiv Solvet, İqor Noqeyra, Rəhman Daşdəmirov, İvan Lepinitsa, Old Xaled, Cesse Sekidika, Coy-Lens Mikels, Boyan Letiç, Pavol Safranko
Levski: Svetoslav Vutsov, Maykon, Kristian Makoun, Kristian Dimitrov, Aldair Neves, Asen Mitkov, Everton Bala, Qasper Trdin, Marin Petkov, Borislav Rupanov, Radoslav Kirilov.
