“Zirə”də növbəti ayrılıq baş verib.
Futbolpress.az xəbər verir ki, qəsəbə təmsilçisi Junior Martinslə yollarını ayırıb.
Futbolçu Kambocanın “Prexxanrit Svayrinq” klubuna transfer olub. Hücumçunun keçidiylə bağlı tərəflər arasında müqavilə bağlanılıb.
Martins ötən il “Kəpəz”dən “Zirə”yə keçmişdi.
