Mahir yenə qol vurdu – VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun heyətində növbəti dəfə fərqlənib.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı forvard UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən səfər matçında qol müəllifi olub.

Meydana əsas heyətdə daxil olan milli komandamızın üzvü qarşılaşmanın 27-ci dəqiqəsində tarazlığı bərpa edən qola imza atıb.

Hazırda oyunda birinci hissə davam edir və tərəflər hesabda bərabərdir – 1:1.

Bu, Mahir Emrelinin Polşa təmsilçisinin formasında vurduğu 3-cü qoldur.

Qolu buradan izləyə bilərsiniz.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir