“Qarabağ” bu gün UEFA Konfrans Liqasında növbəti oyuna çıxacaq.
Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinin birinci matçında “Tvente”nin qonağı olacaq. Niderlandda baş tutacaq görüşə saat 22:00-da start veriləcək.
Komandalar arasındakı cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək.
Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
20 avqust
22:00 Tvente – Qarabağ
