“İmişli”dən gələcəyə yatırım

“İmişli” heyətini yeni qapıçı Ayxan Abbaszadə ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb. Azərbaycanın U-20 yığmasının da şərəfini qoruyan gənc qolkiperlə “2+1” illik müqavilə bağlanıb.

A. Abbaszadə peşəkar karyerasına “Turan Tovuz”da başlayıb və 8 mövsüm “bozqurdlar”ın uğurları üçün tər töküb.

“Pələnglər” bu yay transfer dövründə artıq Seyxan Fərəcov, Sadiq Məmmədzadə, Bəxtiyar Həsənalızadə, Fərid Nəbiyev, Yusif İmanov, Dominqos Senqi Hermeneqildo, İvan Seni və Əkbər Eyubovu da rənglərinə bağlayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir