Milllimiz qazaxlarla bacarmadı

15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda keçirilən UEFA İnkişaf Turnirində ilk matçını keçirib.

Futbolpress.az xəbər verir ki, yığmamız ev sahiblərinin müvafiq yaş qrupundan ibarət seçməsi ilə üz-üzə gəlib. Şimkənd şəhərindəki “Namys” arenasında baş tutan qarşılaşma qazaxların 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Komandamızın yeganə qoluna 71-ci dəqiqədə Zəhra Əkbərli imza atıb.

U-15 millimiz turnirdəki növbəti sınağına avqustun 14-də Rusiya yığmasına qarşı çıxacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir