“Səbail”dən ayrılan futbolçu ölkəsinə qayıtdı

Ötən mövsüm “Səbail”də çıxış edən Gitay Sofirin yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, israilli yarımmüdafiəçi ölkəsində çıxış edəcək.

25 yaşlı futbolçu 1-ci liqada mübarizə aparan “Hapoel Hadera” ilə anlaşıb. Klub futbolçu ilə 1 illik müqaqvilə imzalandığını açıqlayıb.

Sofir Azərbaycana gələnə qədər “Hapoel Akre”, “Zur Şalom” klublarında da çıxış edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir