Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Futbolpress.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi saat 14:00-da başlayacaq.
Tədbirdə “Sabah”ın da potensial rəqibi məlum olacaq. “Bayquşlar” III təsnifatda Danimarkanın “Orxus” klubunu mübarizədən kənarlaşdırsa, pley-offda aşağıdakı komandalardan birinə rəqib olacaq:
“Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi.
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Kauno Jalgiris” (Litva) cütünün qalibi.
“Seltik” (Şotlandiya).
“Myelbü” (İsveç) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi.
AEK (Afina, Yunanıstan).
Pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26 avqustda keçiriləcək.
“Sabah” “Orxus”la ilk oyunu avqustun 6-da səfərdə baş tutacaq. Cavab görüşü isə 13-də Bakıda olacaq.
