“Sabah”ın qapıçısı Rauf Əyyubov əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qolkiper sol bilək skafoid sümüyünün sınığının osteosintezi əməliyyatı keçirib. Gənc qapıçının bərpa müddəti açıqlanmayıb.
