Azərbaycan komandası Portuqaliyanı devirdi

Azərbaycan İdman Akademiyasının (ASA) futzal komandası İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında növbəti matçına çıxıb.

​Futbolpress.az xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində Portuqaliya kollektivi ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən komandamız turnirin yarımfinalına vəsiqə qazanıb.

​ASA futzal komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, həmçinin AFFA, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə reallaşır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir