Avrokuboklarda 10-cu qol

Emin Mahmudov “Neftçi”nin heyətində avrokuboklarda 10-cu qolunu vurub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçinin yubiley topu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) ilə ilk görüşünə təsadüf edib.

Emin “ağ-qaralar”ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub. O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran 6-cı futbolçu olub.


Qeyd edək ki, Mahmudov “Neftçi”nin qitə klub turnirlərində ən məhsuldar oyunçusudur.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir