“Neftçi” bu gün Konfrans Liqasında mübarizəyə başlayacaq.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” II təsnifat mərhələsinin ilk oyununda “Dinamo”nu (Minsk) qəbul edəcək. Matça saat 20:00-da start veriləcək.
Bukmekerlər matçın favoritinin “Neftçi” olduğunu düşünür. Kontorlarda bakılıların qələbəsi 2.18 əmsalla dəyərləndirilib. “Dinamo”da isə bu göstərici 3.51-dir. Matçın bərabərə başa çatması isə 3.4 əmsaldır.
Komandalar arasındakı cavab görüşü bir həftə sonra Bolqarıstanda baş tutacaq.
