Qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Ceyran İmanovanın yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, təcrübəli oyunçu “Turan”la anlaşıb. Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Yığma üzvü 2026/2027 mövsümündə bölgə təmsilçisinin şərəfini qoruyacaq. İmanova ötən mövsümü “DH Volley”də keçirib.
