Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da növbəti oyuna çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Şkendiya”nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
Komandalar arasındakı ilk oyunda “Qarabağ” minimal hesablı qələbə qazanıb – 1:0.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
12 avqust
20:00 Qarabağ – Şkendiya (Şimali Makedoniya) 4:1 (ilk oyun 1:0)
Qollar: Klisman, 16 (avtoqol), Kadi, 18, Nəriman Axundzadə, 33, Yankoviç, 36 (pen.) – Tamba, 10
