UEFA klubların yeni reytinqini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, “Qarabağ” 33.750 xalla 59-cu sırada yer alıb.
“Sabah” 6000 göstərici ilə 215-ci, “Zirə” isə 5500 əmsalla 226-cı pillədə qərarlaşıb. Aktivində 4000 olan “Neftçi” 304-cü sıradadır.
UEFA reytinqində avrokubokladan kənarda qalan Azərbaycan təmsilçiləri də var.
“Araz-Naxçıvan”, “Sumqayıt” və “Qəbələ”nin 3862 xalı var. Komandalar müvafiq olaraq 308, 309 və 310-cu sırada qərarlaşıb.
Reytinq cədvəlinə 121.500 göstərici ilə “Bavariya” başçılıq edir.
