“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Portimonense” klubundan braziliyalı cinah müdafiəçisi Keffel Resendeni transfer edib.
25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
