Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın “Kayzerslautern” klubundan ayrılmağı düşünür.
Futbolpress.az xəbər verir ki, o, bu barədə Maltaya qarşı keçirilən yoldaşlıq oyunundan (0:2) sonra jurnalistlərə açıqlamasında deyib:
“Belə davam etsə, qalmaq barədə düşünməyəcəyəm. Onsuz da bu addım ilk olaraq məndən gəlməyib. Məşqçi nədənsə çıxıb belə bir açıqlama vermişdi. Bu oyunlar da o baxımdan önəmlidir ki, həm fiziki formam yerində qalsın, həm də digər klublar oyunumu görsünlər. Bununla bağlı menecerlərim məşğul olurlar. Reallıq odur ki, klubla 2 illik müqaviləm var. Açıq şəkildə gedəcəyimi, yaxud da qalacağımı demək çətindir”.
Mahir başa çatan mövsümdə 12 oyunda 1 qol vurub.
