“Şəfa” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, Zaur Həşimov bu posta təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Danışıqlar prosesi başa çatdıqdan sonra klub prezidenti Kənan Sadıqlının iştirakı ilə 44 yaşlı mütəxəssislə görüş keçirilib və 3 illik müqavilə imzalanıb.
Zaur Həşimov “Şəfa” klubuna yad sima deyil. O, futbolçu kimi komandanın formasını geyinib və 2000/01 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
Zaur Həşimov “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.
