AFFA Konfrans Liqasından kənarlaşdırılan “Turan Tovuz”la bağlı növbəti dəfə açıqlama yayıb.
Futbolpress.az xəbər verir ki, qurum CAS tərəfindən yekun qərar qəbul edilənə qədər klubun avrokuboklarda nəzərdə tutulan yerinin qorunub saxlanılacağı bildirib:
“Turan Tovuz” klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.
CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanmış “Turan Tovuz” klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq. Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək”.
