“Sabah” Velko Simiçlə müqavilə bağlayıb.
Futbolpress.az xəbər verir ki, serbiyalı futbolçu ilə yeni anlaşmanın müddəti 2 ildir.
Simiç “Sabah”la yeni müqaviləni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.
Velko ötən ilin avqust ayında Türkiyənin “Sivasspor” klubundan icarə əsasında “Sabah”a qoşulmuşdu. O, komandanın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.
Simiç son mövsümdə “Sabah”ın heyətində Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.
“Sabah”ın Simiçi transfer etmək istədiyini martdan yazmışdıq.
