“Sabah” daha bir futbolçusu ilə vidalaşdı

“Sabah” Cesse Sekidika ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, nigeriyalı futbolçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Cesse Sekidika “Sabah”ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, klubun heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 18 məhsuldar ötürmə ilə fərqlənib.

Forvardın ayrılacağını öncədən yazmışdıq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir