Azərbaycan millisi qrup lideri oldu

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, bu gün Azərbaycan millisi Fransa ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın heyətində Elvin Əlizadə ilə Ramiz Çovdarov fərqlənib. Digər qolu isə rəqib öz qapısına vurub.

Xallarını 9-a yüksəldən millimiz 1/8 finala yüksəlib. Azərbaycan seçməsi bu raundda Qazaxıstanla qarşılaşacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir