Futzal üzrə Azərbaycan Yüksək Liqasında çempion məlum olub.
Futbolpress.az xəbər verir ki, XX turun və mövsümün bağlanış matçında “Neftçi” İdman Klubunu 5:2 hesabı ilə üstələyən “Araz-Naxçıvan” qızıl medal qazanıb.
Naxçıvanlılar bununla da turnir cədvəlini 52 xalla lider tamamlayaraq Yüksək Liqanın qalibi olub. Komanda tarixində 20-ci dəfə ölkə çempionu adını qazanıb.
