Nəriman oynamadı, komandası “sülh”ə razılaşdı

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Filadelfiya” ilə qarşılaşıb. Matç qollu bərabərliklə başa çatıb – 1:1.

Nəriman bu görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Kolumbus Kryu” 14 turdan sonra 13 xalla 15 komanda arasında 13-cüdür.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir