“Sabah”ın rəqibi futbolçusu ilə vidalaşıb

“Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstanın “Levski” klubu futbolçusu Klement İkenna ilə yollarını ayırıb.

Komanda.az Sofiya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Sabah”ın bu gün “Levski”yə qarşı oyunu saat 22:00-da start götürəcək. Cavab görüşü avqustun 14-də Bakıda baş tutacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir