Yeni mövsümə hazırlıqlarını davam etdirən “Karvan” yoxlama oyunu keçirəcək.
Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi “Mingəçevir”lə üz-üzə gələcək. Bu gün keçiriləcək oyuna saat 18:00-da start veriləcək.
“Karvan” bundan öncə yoxlama matçında “Qəbələ”yə və “Şamaxı”ya uduzub, “İmişli”yə qalib gəlib.
