“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” – Sekidika

“Sabah”ın futbolçusu Cesse Sekidika Konfrans Liqasının III təsnifat mərhələsində “Levski”yə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, nigeriyalı oyunçu media nümayəndələri ilə görüşdə bunları deyib:

“Baş məşqçimiz də vurğuladığı kimi rəqib haqqında məlumatımız var. Çox böyük bir tarixə malik komandadır. Bu cür atmosferdə oynayacağım üçün xoşbəxtəm. Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir